170 milyonluq şərt irəli sürdü

“Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Maurisio Poçettinyo yeni müqavilə təklif etmək niyyətindədi.

 

Sportinfo.az xəbər verir ki, yeni müqavilədə Poçettinonun məvacibinin artırılması nəzərdə tutulur.

 

Ancaq mütəxəssisi narahat edən məvacib məsələsi deyil. Onun başqa şərti də var. Poçettino rəhbərlikdən transferlərə vəsait ayrılmasını tələb edir.

 

O, yeni futbolçuların alınması üçün 170 milyon avronun ayrılmasını şərt kimi irəli sürüb. Poçettino “Tottenhem”in növbəti dəfə Çempionlar Liqasına vəsiqə əldə etməsindən sonra komandanı ən yüksək səviyyəyə qaldırmağı düşünür.

 

Bunun üçün isə o, bəzi transferlər etməyi planlaşdırır. O, aparıcı futbolçuların da komandada saxlanılmasının vacib olduğunu rəhbərliyin diqqətinə çatdırıb.

Tarix: 15 May 21:00    Oxunub: 477    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.