“Qarabağ”ı uddular, xanımların hər birinə 100 manat bağışladı

Premyer Liqanın XXVII turu son 5 mövsümün çempionu “Qarabağ”ın böyükhesablı məğlubiyyəti ilə yadda qaldı.

 

Səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə acınacaqlı məğlubiyyət aldı.


Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/13 mövsümünə təsadüf edib. “Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib.


Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzdu. Çempion üzərində qələbə “Keşlə“nin Müşahidə Şurasının sədri Zaur Axundovu göyün bir qatına qaldırıb.

 

O, matçsdan sonra klubda və “İnter Arena“da çalışan xanımları bir yerə yığaraq, hamısına 100 manat mükafat verib (Sportinfo.az).

 

Tarix: 15 May 20:36    Oxunub: 836    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.