Şehiçlə Kintana "Qarabağ"dan maaşlarının çoxaldılmasını istəyir

Azərbaycanda 6 il keçirən Riçard Almeydanın gələn ay «Qarabağ»dan ayrılacağını bilirsiz.

 

Daha 3 legionerin – İbrahim Şehiç, Dani Kintana və Ansi Aqollinin də ağdamlılarla sözləşməsinin müddəti başa çatır.

 

Aqolli ilə problem yoxdu. Uzun illərdi “Qarabağ”ın formasını geyinən albaniyalı müdafiəçinin özü də karyerasını Azərbaycanda davam etdirməkdə maraqlıdı.

 

Üstəlik, Qurban Qurbanov təcrübəli futbolçu kimi 36 yaşlı Ansiyə ehtiyac duyur. Şehiçlə Kintananın durumu fərqlidi. 

 

Sportinfo.az-ın məlumatına görə, hər iki əcnəbi əməkhaqqının artırılmasını istəyir. Hazırda qazandıqlarından daha çox pul əldə etmək istəklərini klub rəhbərliyinə bildiriblər və cavab gözləyirlər.

 

Riçardla icarə müqaviləsi başa çatan Pedro Enrikenin, həmçinin Ndlovunun getməsindən sui-istifadə etməyə çalışan əcnəbilərin “qiymət oxuması” anlaşılandı.

 

Odu ki, rəhbərlik hər ikisi ilə ortaq məxrəcə gəlməyə çalışır. Lakin əvvəlki dönəmlərdən fərqli, Şehiçə daha güclü klublardan real təklif yoxdu. Halbuki qışda “Brügge” onu sıralarına qatmaq istəyirdi.


Kintanaya gəlincə, o, 2,5 il ərzində «Qarabağ»dan 1,3 milyon avro qazanıb. İspaniyalı indi isə 550 min avrodan artıq illik müqavilə haqqı umur.

Tarix: 15 May 19:48    Oxunub: 623    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.