Yüksək Liqada mövsüm darmadağınlarla yekunlaşdı

Bu gün futzal üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

 

Üçüncü pilləni tutan EKOL “Yasamal”la qarşılaşıb. 12 qolun qeydə alındığı oyunda EKOL 3 xala sevinən tərəf olub.

 

Çempionatın gümüş medallarını qazanan “Marafon Futsal” isə “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. 16 qolluq dueldə qalib gələn olmayıb.

 

Bu gün daha bir görüş keçirilməli iid. Amma “Xəmsə” “Araz”la oyuna gəlməyib və çempion 3 xalı oynamadan qazanıb.

 

EKOL - “Yasamal” İK 7:5
Qol: Ələsgər Ələsgərli, 10:39. Namiq Məmmədkərimov, 14:45, 26:45, 36:10. Sərxan Məstiyev, 18:12. Samir Həmzəyev, 27:11, Zaur Fərziyev, 36:41 - Omid Oraz, 10:18, 24:40. Tutal Lətifov, 26:10. Vladislav Vorobyov, 31:05, 37:54.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 13:00. 

 

“Neftçi” İK - “Marafon Futsal” 8:8
Qollar: Vüsal İsayev, 25:02. Tural İsmayılov, 27:00, 33:20, 37:46. Rüfət Balakişiyev, 28:50, 30:33, 35:43. Tural Qurbanov, 38:13 - Renat Sultanov, 7:25, 35:34. Omid Talebi, 9:52, 26:14. Seymur Məmmədov, 15:02. İlkin Hacıyev, 28:39, 32:40. Elyas Barati, 33:10.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev.
Bakı İdman Sarayı. Saat 15:30.

 

Turnir cədvəli: Araz – 62, Marafon Futsal – 47, EKOL – 47, İtaldizain Futsal – 33, Neftçi İK – 29, Yasamal – 16, Xəmsə - 2.

 

Bombardir: Bolinya (“Araz”) – 34 qol.

Tarix: 15 May 18:24    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.