Neymarla bağlı yeni iddia - Nə “Real”a, nə “Barselona”ya

PSJ-nin hücumçusu Neymarla bağlı yeni iddia ortaya çıxıb.

 

Sportinfo.az xəbər verir ki, bir müddət öncə braziliyalı futbolçunun yayda “Real” və ya sabiq klubu “Barselona”ya keçəcəyi deyilirdi.

 

İngiltərənin “Deyli Meyl” nəşrinin yaydığı məlumata görə isə 26 yaşlı hücumçunun xidmətində “Mançester Yunayted” də maraqlıdı.

 

Xəbərdə mankunianların Neymarın keçidi üçün Paris təmsilçisinə 220 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. PSJ Neymarı ötən yay “Barselona”dan 222 milyon avroya transfer edib.

Tarix: 15 May 17:36    Oxunub: 414    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.