AFFA Neymar üçün iş görür

Azərbaycanda AFFA-nın dəstəyi ilə “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçiriləcək.

 

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, seçimlər mayın 19-da Gəncədə, mayın 26-da Lənkəranda, 1 - 3 iyunda isə Bakıda təşkil olunacaq.

 

Həmçinin milli final mərhələsi iyunun 17-də paytaxtda gerçəkləşəcək. Yarışmada tərkibi 6 nəfərdən ibarət komandalar iştirak edə bilər. Oyunçulardan 4-ü 16 - 25 yaşlı, digər 2-si isə 25 yaşdan böyük ola bilərlər. 

 

"Neymar Jr’s Five” futbol turniri Gənclər və İdman Nazirliyi və AFFA-nın dəstəyi ilə keçirilir. “Neymar Jr’s Five” qlobal futbol turniridir və dünyanın hər tərəfindən ortaq həvəsləri futbol olan oyunçuları bir araya gətirir.

 

2017-ci ildə turnirdə Azərbaycan da daxil olmaqla, 53 ölkəni təmsil edən 100 mindən artıq oyunçu iştirak edib. Builki yarışda 6 qitədən 60 ölkədə seçim mərhələlərinə artıq start verilib.

 

Oyunçular öz ölkələrində qalib olmaqla, 21 iyulda Braziliyanın Praya-Qrande şəhərində üçüncü dəfə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. 

Tarix: 15 May 14:48    Oxunub: 398    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.