Nazir vətəndaşları Rusiyadakı dünya çempionatına getməməyə çağırdı

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkə vətəndaşlarını Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməməyə çağırıb.

 

Sportinfo.az xəbər verir ki, XİN başçısı "Twitter" səhifəsində Rusiyada təxribatların mütləq olacağını, heç kimin təhlükəsizliyinin təmin olunmayacağını bildirib.

 

Daha əvvəl Ukraynanın Dövlət Sərhəd Xidməti təhlükəsizlik səbəbləri ilə əlaqədar vətəndaşları Rusiyaya getməməyə çağırıb.

 

Bundan başqa, Ukrayna Futbol Federasiyası çempionatın final mərhələsini işıqlandırmaq üçün yerli jurnalistləri akkreditasiyadan keçirməkdən, eləcə də iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 üçün bilet kvotasından imtina edib. 

Tarix: 15 May 14:24    Oxunub: 308    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.