“Barsa” “Trabzonspor”un “Messi”sini istəyir

“Barselona” “Trabzonspor”un gənc futbolçusu Abdulkadir Ömürün xidmətində maraqlıdı.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xəbərdə katalonların 18 yaşlı futbolçunu yayda heyətinə cəlb etmək istədiyi qeyd edilib. Qaradəniz təmsilçisinin Ömürə 30 milyon avro qiymət qoyduğu, “Barsa”nın rəsmi təkliflə müraciət edəcəyi təqdirdə, bu rəqəmi bir az daha qaldıra biləcəyi vurğulanıb.

 

Abdulkadir “Trabzonspor”un yetirməsidi. İstedadına görə Türkiyədə “Messi” ləqəbi verilib. Futbolçu cəmi 16 yaşında əsas komandaya cəlb edilib. Yarmmüdafiəçi Super Liqanın cari mövsümündə meydana çıxdığı 28 oyunda 3 qola imza atıb.

Tarix: 15 May 17:00    Oxunub: 523    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.