UEFA "Keşlə"nin Avropa Liqasında iştirakına icazə verdi

AFFA-nın “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciəti müsbət cavablandırılıb. 

 

Sportinfo.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, “Keşlə” 2018-2019 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi.

 

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsini qərara alıb. 

 

UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 

Tarix: 15 May 14:12    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.