“Neftçi”nin müdafiəçisi Qırğızıstan yığmasına çağırıldı

Qırğızıstan yığmasının Azərbaycan millisi ilə yoldaşlıq oyunu üçün heyəti açıqlanıb.

 

Sportinfo.az Qırğızıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Krestinin mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 23 futbolçuya dəvət göndərib.

 

Qırğızıstan yığması 22 - 30 mayda Bakıda təlim-məşq toplanışı keçirəcək. Azərbaycanla görüş saat 20:00-da start götürəcək.

 

Qapıçılar: Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (“Abdış-Ata”)

 

Müdafiəçilər: Kursanbek Şeratov, Tamirlan Kozubayev, Bəxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusupov (hamısı “Dordoy”), Amanbek Manıbekov (“Abdış-Ata”), Şerzot Şakirov (“Neftçi”)

 

Yarımmüdafiəçilər: Pavel Sidorenko, Aziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Ahmedov, Kayrat Jırqalbekuğlu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abdurahmanov (“Alay”), Fərhat Musabekov (“İlbirs”), Alimardon Şükürov (“Abdış-Ata”), Tursunali Rustamov (“Alqa”)

 

Hücumçular: Mirlan Murzayev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo” Şadrinsk, Rusiya).

Tarix: 15 May 16:36    Oxunub: 737    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.