Qurban Qurbanov Almeydanı qışda satmağa niyə razılaşmayıb?

Çempionluğu rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun başı dərddədi.

 

Adam bilmir, komandasının dərdini çəksin, yoxsa bir neçə gün sonra start götürəcək yığmanın təlim-məşq toplanışını və qarşıdakı oyunları düşünsün.

 

Xüsusilə “Qarabağ”dakı hazırkı durum narahatlıq doğurur.


Son illər ölkəmizi avrokuboklarda layiqincə təmsil edən, xüsusilə son mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaqla tarix yazan “köhlən atlar”dan gözləntilər daha böyük idi. Lakin bu gedişlə Avroliqanın qrup mərhələsi belə əlçatmaz görünür (Futbol+).


6 ildi komandanın “ürəyi” sayılan Riçard Almeydanın yolüstə olması “Qarabağ” adına həddən artıq ciddi itki sayılacaq. Dino Ndlovunun ardınca braziliyalının da getmək fikrinə düşməsi ağdamlıların hücum potensialına zərbə vuracaq.

 

Halbuki Riçarda bundan əvvəl də sərfəli təkliflər olmuş, lakin o “Qarabağ”da qalmaq istədiyini bildirmişdi. Görünür, Ndlovunun yaxşı qiymətə satılması və burda qazandığından az qala 3 dəfə artıq maaş dalınca getməsi Almeydanı da həvəsləndirib.

 

ÇL-dəki iştirakdan sonra yığmamızın da şərəfini qoruyan “20” nömrənin “elçilərinin” sayı çoxalıb. Etibarlı mənbədən aldığımız bilgiyə görə, Riçardın həm yaxın dostu, həm də agenti olan portuqaliyalı şəxs onu hər vəchlə karyerasını başqa ölkədə davam etdirməyə səsləyir.

 

Səbəb isə yaxşı puldu. Burda qazandığından çox-çox artıq. Türkiyə superliqası, Qətər və BƏƏ təmsilçilərinin maraq dairəsinə düşən Riçardın “Qarabağ”da qalmaq şansı, demək olar ki, yoxdu. 30 yaşına qədəm qoyan futbolçu bundan sonra büdcəsini zənginləşdirmək istəyir.

 

Elə dostu olan agenti də həmçinin. Təəssüfləndirici məqam “Qarabağ”ın məlum itkidən pul qazanmayacağıdı. Təbii, Riçardın yoxluğu da öz yerində.


Sportinfo.az bunu bir neçə həftə öncə üzə çıxarmışdı, mayın 11-də isə Qurban Qurbanovdan təsdiq cavabı gəldi.
 
Ağdam təmsilçisinin baş məşqçisi 6 ildi komandanın şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçisinin müqaviləsini uzatmaq istəmədiyini bildirib.
 
O, «sambaçı»nın daha sərfəli təkliflər almasını xatırladaraq, vidaya səbəb kimi məhz bunu göstərib. Cənubi amerikalı orta sahə oyunçusu Türkiyə, İtaliya, Çin və ərəb ölkələrindən bir neçə dəvət alıb.
 
«Qarabağ»da 500 min avro qazanan Almeydanın yeni klubundan alacağı məbləğ göz qamaşdırır. Nə az, nə çox – 1,2 milyon avro!


Bizdə olan məlumata görə, əslində, Qurban Qurbanov qış fasiləsində Almeyda ilə vidalaşmaq istəyib. «Bursaspor» həmin vaxt 500 min avro təklif edirdi.

 

Qurbanov Premyer Liqanın üçüncü və dördüncü dövrəsinin belə asan keçəcəyini gözləmirmiş. Ona görə də braziliyalı ilə sağollamağa ehtiyatla yanaşıb.

Tarix: 15 May 16:24    Oxunub: 648    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.