O, bu həftə Premyer Liqa klubundan istefaya gedəcək

“Everton”un baş məşqçisi Sem Ellardays istefaya göndəriləcək.

 

Sportinfo.az xəbər verir ki, Ellardaysın “Everton” azarkeşləri ilə münasibətləri qaydasında deyil.

 

Fanatlar onun istefasını tələb edirlər. Məlumata görə, mütəxəssis klub rəhbərliyi ilə görüş planlaşdırıb. Bu görüşdən sonra - həftənin sonuna qədər onun istefaya göndəriləcəyi gözlənilir.

 

Ellardaysı bu postda Mark Silva əvəz edəcək. “Everton” onunla hələ ötən ilin payızında anlaşmaq istəyirdi. Ancaq həmin vaxt Silvanı “Uotford” buraxmadığı üçün, Ellardaysla müqavilə bağlanmışdı.

 

Bundan bir qədər sonra isə Silva da “Uotford”dan istefaya göndərilmişdi. “Everton” mövsümü 49 xalla 8-ci pillədə başa vurub.

Tarix: 15 May 16:00    Oxunub: 323    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.