Almanlar Özillə Gündoğanın Ərdoğanla görüşündən narazı qaldı

Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindel ölkə millisinin türk əsilli futbolçuları Məsut Özil və İlkay Gündoğanın Böyük Britaniyada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündən narazı qalıb.

 

Sportinfo.az xəbər verir ki, türk əsilli futbolçular görüş zamanı Türkiyə prezidenti ilə şəkil çəkdiriblər və ona futbol maykası hədiyyə ediblər.

 

"Almaniya Futbol İttifaq, sözsüz ki, oyunçularımızın mənşəyinə aid xüsusi mövqelərinə hörmətlə yanaşır. Lakin cənab Ərdoğan birliyin və ümumilikdə futbolun dəyərlərinə sadiq deyil.

 

Məhz buna görə milli komandanın futbolçuları onun seçkiqabağı kampaniyasında iştirak etməməli idilər", — deyə Qrindel öz "Twitter" səhifəsində yazıb.

Tarix: 15 May 13:48    Oxunub: 374    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.