Elxan Məmmədovu asıb-kəsən “tənqidçilər”

Azərbaycan Premyer Liqasının (kül təpənə İngiltərə) sonuncu turunda Qəbələdə keçirilməli olan “Qəbələ” - “Qarabağ” oyunu Bakıda olacaq. 

 

Nöşün ki, PFL bütün mükafatçıları “optavoy” təltif etmək üçün “Qəbələ”yə müraciət edib, onlar da oyunun Bakıda keçirilməsinə razılaşıblar. 

 

Yəni “Qəbələ” çempionatda “Qarabağ”la keçirdiyi 4 oyundan 3-ünü Bakıda keçirməli olur. “Qəbələ” bu xahişə razılıq verdiyi üçün peşəkar komanda olmadığını sübut etdi. Bu bir. 

 

Peşəkar Futbol Liqası bu xahişlə “Qəbələ”yə müraciət etdiyi üçün futbolun sifətinə tüpürdü. Bundan sonra bu qurumun “peşəkar” sözündən yararlanması xalis bambılılıq sayılacaq. 

 

Hə, mən indi gözləyirəm ki, Elxan Məmmədovu asıb-kəsən “tənqidçilər” eyni lütfkarlığı Ramin Musayevə də göstərəcəklər. Göstərməsələr, bu da şarlatanlıq sayılacaq...

 

Natiq Muxtarlı

Tarix: 15 May 13:24    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.