Gəncənin icra başçısı "Kəpəz"i bağlıyır, stadiona qıfıl vurur

Mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçirildi.

 

Toplantıda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxıldı.

 

I Divizionda mübarizə aparan klublardan yalnız "Sabah"ın müraciəti qəbul olundu. Beləliklə, sözügedən klubun növbəti mövsümdən etibarən Premyer Liqada çıxış edəcəyi dəqiqləşdi.

 

AFFA-nın Lisenziya Komissiyası UEFA-nın klub yarışlarında iştirak etmək üçün "Qarabağ", "Qəbələ", "Neftçi", "Sumqayıt" və "Zirə"nin müraciətlərini müsbət dəyərləndirib, "Kəpəz" isə lisenziyalaşma prosesini keçə bilməyib.

 

Beləliklə, Lisenziya Komissiyasının klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrindən sonra qərara alınıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”;

 

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin: “Kəpəz”;

 

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”;

 

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Binə” , “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan", “Zaqatala”.
 
“Keşlə”yə UEFA bayrağı altında keçirilən turnirlərdə iştirak üçün lisenziya verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti ilə müraciət edə bilər.


Bakıdan gələn xəbər Gəncənin İcra Hakimiyyətinin başçısı Elmir Vəliyevə gecikmədən çatdırılıb. Doğrusu, AFFA-nın qərarına əvvəlcə şübhə ilə yanaşıb, «Kəpəz»in «Sabah»la əvəzlənməsindən təəccüblənib.

 

O. hələlik federasiyanın heç bir rəsmisi ilə əlaqə saxlamayıb, bu addımın səbəblərini soruşmayıb. Başçının AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb-görüşmədiyi də bilinmir.

 

Gəncədən aldığımız qeyri-rəsmi informastyalar isə Vəliyevin futbolla bağlı projelərini dondurmağa hazırlaşması yönündədi. Mümkündü ki, günlər öncə şəhər stadionunda başlayan yenidənqurma işləri yarımçıq dayandırılsın.

 

AFFA-nın vəsaiti, İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə aparılan təmir-inşaat artıq ilk günlərdəki həvəslə görülmür. Vəliyev Bakıdan ayrılan büdcədən imtina edib, arenanın qapısına qıfıl vuracaq - hər halda onun yaxın ətrafı başçının başqa çıxış yolunun qalmadığını deyir.

 

Çünki o, «Kəpəz»in Premyer Liqada saxlanılacağı halda, AFFA-ya söz vermişdi ki, növbəti mövsümdən etibarən maddi-mənəvi köməyini artıracaq, klubu daha iddialı duruma gətirəcək. Şifahi razılaşmanın bu şəkildə pozulması şəhər rəhbərinin «Kəpəz»in fəaliyyətini dayandırmasına göstəriş verməsinə sövq edir.

 

«Mən divizionda «Kəpəz» adlı komanda görmək istəmirəm. Gəncə Premyer Liqasız qala bilməz» - hörmətli Vəliyevin belə dediyi söylənilir. 

 

SPORTİNFO.AZ

Tarix: 15 May 13:12    Oxunub: 1004    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.