"Millidə oynamaq üçün özümü kifayət qədər yaxşı hiss etmirəm"

“Sportinq”in müdafiəçisi Fabio Koentrao Portuqaliya millisi ilə dünya çempionatına qatılmaq istəmədiyini bildirib.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu sosial mediadakı hesabında gərgin mövsüm keçirdiyini, buna görə, DÇ-2018-də Portuqaliya millisində yer almayacağını açıqlayıb:

 

“Keçən həftə uzun müddət düşündükdən sonra, gərgin keçən mövsümün ardından DÇ-2018-də Portuqaliya millisini təmsil etmək üçün özümü kifayət qədər yaxşı hiss etmədiyimi bildirdim.

 

Gələcəkdə yenə milli komandada çıxış edəcəyimi düşünürəm. O vaxta qədər komandaya daim dəstək olacam. Yaxında görüşərik”.

 

Koentrao 2009-cu ildən Portuqaliya yığmasının şərəfini qoruyur. O, bu müddətdə 52 dəfə milli formanı geyinib.

 

Müqavilə ilə “Real”a məxsus olan, “Sportinq”də icarə əsasında çıxış edən sol cinah müdafiəçisi son mövsümdə şans qazandığı 43 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

Tarix: 15 May 13:00    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.