Dünya çempionatına təyinat almış hakim həbs olundu

Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib.

 

Sportinfo.az xəbər verir ki, səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdı.

 

Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib.

 

Hazırda 33 yaşlı baş hakim həbsdədi. Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

Tarix: 15 May 12:12    Oxunub: 300    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.