AFFA Premyer Liqa komandasını pərən-pərən saldı

“Kəpəz”in Bakı Olimpiya Stadionunun məşq meydançasında dünən səhərə nəzərdə tutulan məşqi də baş tutmayıb.

 

BOS-dan kluba bildirilib ki, buna səbəb meydançada yenidənqurma işlərinin başlamasıdır. 

 

Gəncə təmsilçisi ev oyunlarına da Bakıda hazırlaşır. BOS-dan başqa, Azərbaycan Dövlət Bdən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda məşq eləyirdilər. Həmin meydançada da təmir başlayıb.

 

Bəs "Kəpəz" mövsümün son turunda "Neftçi" doğma meydanda "Neftçi"yə qarşı keçirəcəyi oyuna harda hazırlaşacaq?

 

Baş məşqçi Yunis Hüeynovun "FutbolPress"ə açıqlaması: "Meydança tapsaq məşq edərik".

 

Vəziyyət niyə bu həddə gəlib?

 

Klubun icraçı direktoru Elnur Camalxanovdan soruşduq: "Mən heç bir problemin olmadığını bilirəm. Nəsə olsaydı, xəbər tutardıq. Məşqlərimiz BOS və ADBTİA-nın məşq meydançalarında olur. BOS-un meydançası təmirə bağlanıbsa, bunu indi bilirəm. Komandanın məşqi üçün problem olmamalıdır. Baş məşqçi daha dəqiq məlumat verə bilər".

 

Baş məşqçinin bu haqda ətraflı fikirlərini birazdan oxuyacaqsınız, hələliksə BOS-un mətbuat əlaqələndiricisi Cəmilə xanımın dedikləri: "Kəpəz" bu ay 5 məşqi stadionumuzda keçirib. Bu məşqlər mayın 11-nə kimi danışılmışdı. Ayın  12-dən səhər növbəsində U-17 qızlar, axşam isə futbol məktəbinin məşqləri olur. Bu haqda kluba öncədən məlumat verilib. Mayin 12-də klub məşq üçün yenidən müraciət edib, lakin mümkün olmadı. Çünki təqvimdə digər komandaların məşqləri var idi"

 

Maraqlıdır, mövsüm bitməmiş "Kəpəz"in həmişə məşq etdiyi BOS-un məşq meydançası təmirə bağlanır, digər meydançaların qrafiki isə doludur. Bəs əvvəldən danışıq necə olub?

 

Əvvəldən heç bir danışıq-filan olmayıb. Sadəcə, "Kəpəz" AFFA-nın ayırdığı maliyyə hesabına saxlanır. Məşq meydançası da qurumun kluba ənamıdır. İndi bu məqamda BOS-da məşq eləməkçün müraciətlərə "təmirdədir", "qrafik doludur" kimi cavabların verilməsi güman ki, klubun sahibsiz qalmasıyla əlaqədardır. Sahibsizliyi baş məşqçiylə söhbətdə görə bilirik:  "İki gün də gözləyəcəyik, meydança problemi həll olunmazsa, Gəncəyə getməli olacağıq".

 

Məsələ bu qədər qarışıqdı. "Kəpəz"i bu hallara düşməsi, güman ki,  gündəmi izləyənlərçün sirr deyil.

 

Sportinfo.az-ın məlumatına görə, artıq futbolçulara son tapşırıq verilib.

 

Belə ki, bir neçə legionerin «Neftçi» ilə matçdan öncə vətənlərinə yola salınmasına hazırlıq görülüb. Ola bilsin, mayın 20-də əcnəbilərin heç biri meydanda olmasın. 


Komandanın yerli üzvlərinə isə «kim harda istəyir, hansı klubun bazasında olsa, özü üçün məşq etsin» deyilib. Onların diqqətinə çatdırılıb ki, qeyri-müəyyənliyin mayın 19-dək – son qarşılaşmadan öncəki günədək uzanması gözlənilir.

 

Qısacası, həmin gün hamı bir-birinin üzünü avtobusda görəcək. Təbii ki, oyunun Bakıda deyil, Gəncədə keçirilməsi qərara alınsa.

 

Tarix: 15 May 11:36    Oxunub: 704    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.