Sarri ayrılsa, Ançelotti “Napoli”nin sükanı arxasına keçəcək

Bir müddətdi işsiz olan Karlo Ançelotti növbəti mövsümdə “Napoli”nin “sükanı arxasına” keçə bilər.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Calcio Napoli 24” yayıb.

 

Xəbərdə Neapol təmsilçisinin rəhbərliyinin artıq bir müddətdi təcrübəli mütəxəssislə danışıqlar apardığı qeyd edilib.

 

Hazırkı baş məşqçi Mauritsio Sarri klubdan ayrılsa, Ançelotti “Napoli”nin “sükanı arxasına” keçəcək. Sarrinin “mavi-ağlar”dakı gələcək taleyinə mayın 17-də aydınlıq gələcək.

 

Məşqçi karyerası ərzində “Real”, “Milan”, “Çelsi” kimi klubları çalışdırmış Ançelotti, ötən mövsümün gedişində “Bavariya”dan ayrıldıqdan bəri işsizdi.

Tarix: 15 May 11:12    Oxunub: 266    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.