SOCAR "Kəpəz"in 1,7 milyonunu bu kluba verdi

 

Belə-belə işlər…

 

AFFA pulu bir cibdən digər cibə ötürməyin yolunu tapıb.

 

Düşünməyin ki, səlahiyyət yiyələri yeni velosiped icad edib. Elə vaxt-vədədi ki, bütün gizlinlər bir-birinin ardınca açılır.


AFFA «Kəpəz»i Premyer Liqada saxlamadı. Klub yaşayası olsa, I Divizionda mübarizə aparacaq. O da öz hesabına. Yəni ki, Gəncə İcra Hakimiyyəti nə büdcə ayırdısa, onunla da qane olmalıdılar.


Federasiyanın SOCAR vasitəsilə «Kəpəz»ə ayırdığı vəsait isə bundan sonra «Səbail»in - onlara daha doğma olan debütantın büdcəsini şişirdəcək. Heç də az məbləğ deyil ha… Biz sizə 1,7 milyon manatdan danışırıq.


Bu plan, sən demə, çoxdan var imiş. Hətta 2-3 həftə qabaq Samir Əliyev yeni mövsümdən komandanın büdcəsinin artacağını açıqlayanda da, ictimaiyyət AFFA-nın nə düşünüb, nə daşınmasının fərqinə varmayıb.

 

Bəlkə də ciddiyə almayıb. Xoruzun quyruğu gec də olsa, özünü göstərdi axır.


SPORTİNFO.AZ

 

Tarix: 15 May 10:48    Oxunub: 799    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.