“Slaviya” Muradovsuz növbəti məğlubiyyətini aldı

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Dinamo Çeske” ilə qarşılaşıb.

 

Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Rövlan bu görüşün iştirakçısı olmayıb.

 

Zədəli olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb. “Slaviya” hazırda 9 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Tarix: 15 May 10:36    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.