"Neftçi" Gəncəyə yollanmaya bilər – İşin içində iş var

Mayın 20-da keçirilməli olan «Kəpəz» - «Neftçi» görüşü Gəncədə baş tutmaya bilər.

 

Sportinfo.az-ın məlumatına görə, AFFA Nizami yurdu təmsilçisinin mövsümün son oyununda problem çıxmasından narahatlıq keçirir.

 

Belə ki, qurumun qərb təmsilçisini Premyer Liqadan I Diviziona göndərməsi yerli azarkeşlər arasında böyük narazılıq və hiddət doğurub. Və Bakıda «şüşəbənd» sarayın dörd divprı arxasında əyləşənlər tribunaya toplaşan tərəfdarların AFFA əleyhinə kütləvi təzahürat yapmasından və başqa tədbirlərə əl atmasından ehtiyatlanır. 


Bu matç bürünc medalın taleyini müəyyənləşdirəcək. «Neftçi» qalib gəlsə, 2014-cü ildən sonra ilk dəfə mükafatçılar sırasında yer alacaq.

 

Mayın 21-də medalçıların təltifolunma mərasimi keçiriləcək. «Qəbələ» bu üzdən «Qarabağ»la oyunun yerinin Suraxanıya dəyişdirilməsinə razılıq verib. «Neftçi»nin «Sumqayıt»la «Zirə»ni qabaqlamaq ehtimalı güclü olduğundan, təşkilatçıların «ağ-qaralar»a bağlı ayrı bir tədbir təşkil etməsi vaxt itkisi ola bilər.

 

«Neftçi» «Dalğa Arena»da qonaq qismində «Kəpəz»in önünə çıxsa, qızıl və gümüş medalların sahiblərini bir, bürüncün yiyəsini başqa bir gündə mükafatlandırmağa gərək qalmayacaq. Biri var Gəncədən yola çıxasan, biri də Mərdəkandan Suraxanıya.

 

Tarix: 15 May 10:00    Oxunub: 741    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2018
27 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.