"Bu klub üçün darıxırdım, mən başqa yerə getməyəcəm"

Argentinanın "Boka Xuniors" klubunda çıxış edən məşhur futbolçu Karlos Teves karyerasını başa vuracağı tarixi açıqlayıb.

 

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu növbəti mövsümdən sonra futbolçu karyerasına son qoyacağını deyib. 

 

"Boka Xuniors" ilə müqaviləm başa çatdıqdan sonra futboldan gedəcəyəm. Karyeram ərzində bu klub üçün darıxırdım. Mən başqa komandaya getməyəcəyəm. Bu klubun forması ilə karyeramı bitirəcəyəm", - o qeyd edib. 

 

Karlos Teves İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", İtaliyanın "Yuventus" və Çinin "Şanxay Şenşua" klublarında da oynayıb.

Tarix: 15 May 09:48    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.