"Vətən", ya "Qəbələ": çempion sabah məlum olacaq?

Bu gün və sabah “Boulevard U-15 Liqası"nda 23 və 26-cı turlardan təxirə salınmış 2 oyun keçiriləcək.

 

Mayın 15-də «Vətən» «Neftçi Baza»da «Zirə»ni, ertəsi gün isə «Neftçi» Binə qəsəbə stadionunda «Qəbələ»ni qəbul edəcək.

 

«Vətən»in qalib gələcəyi, «Neftçi»nin isə məğlub olmayacağı təqdirdə sonuncu turun nəticəsindən asılı olmayaraq «Vətən» çempionluğunu rəsmiləşdirəcək. 

 

Eyni zamanda «Vətən» - «Zirə» matçında bürünc medalın da taleyinə aydınlıq gələ bilər. «Zirə» qalib gələ bilməsə, «Keşlə» 28-ci turda İsgəndər Cavadov BFA ilə oyunun nəticəsindən asılı olmayaraq 3-cü pilləni «özəlləşdirəcək».

 

15 may (çərşənbə axşamı)
12:00 «Vətən» - «Zirə»
(«Neftçi Baza»)

 

16 may (çərşənbə)
15:00 «Neftçi» - «Qəbələ»
(Binə qəsəbə stadionu)

 

U-15 Liqasında sonuncu – 30-cu turun oyunları mayın 19-20-də keçiriləcək: «Qəbələ» - «Viləş», «Qarabağ» - «Vətən», «Neftçi» - «Turan», «Neftçi» İK İB – «Sumqayıt», «Kəpəz» - «Zaqatala», İOEUGİM (Sumqayıt) – «Zirə», «Keşlə» - İsgəndər Cavadov BFA. 

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 32 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 15 May 08:24    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.