Olimpiya oyunlarına vəsiqə üçün qitə birinciliyinə yollandılar

Makedoniya paytaxtı Skopyedə yeniyetmə güləşçilərin qitə birinciliyi başlayıb.

 

Sportinfo.az xəbər verir ki, bu rəqabətdə hər növdə təmsil olunuruq. Bu gün qızlardan ibarət milli səfərə çıxıb.

 

Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi ilə heyətdə 6 idmançı – Şahanə Nəzərova (43 kq), Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnurə Məmmədova (57 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) yer alıblar.

 

Avropa çempionatı 12-14 oktyabrda Argentinan paytaxtı Buenos Ayresdə keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına vəsiqə verəcək.

 

“Klassiklər”də 45, 51, 60, 71 və 92 kq, “sərbəstlər”də 48, 55, 65, 80 və 110 kq, qadın güləşində 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olanlar olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaq.

 

Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə maksimum 2 güləşçi ilə təmsil oluna bilər.

Tarix: 15 May 00:50    Oxunub: 326    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.