Milli komandamız Heydər Əliyev kubokunda 1-ci yer tutdu

Yeniyetmə boksçuların Heydər Əliyev kubokuna yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, yarışda millimiz 5 qızıl, 5 gümüş və 7 bürünc qazanaraq komanda hesabında qalib gəlib.

 

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən ənənəvi yarışda Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları da mübarizə aparıblar.

 

Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq) və Murad Allahverdiyev (80 kq) bütün rəqiblərini üstələyiblər. Ruslan Qədirov (46 kq), Elmar Abbasov (52 kq), Nihat Həmidov (57 kq), İsa Novruzlu (63 kq) və Cəfər Heydərli (70 kq) finalda uduzublar.

 

Sənan Əhmədov (48 kq), Nihad Qurbanov (52 kq), Rəşid Həsənov (60 kq), Samir Nəsirov (63 kq), Nurlan Qasımov (70 kq), Əsəd Baxışov və Əhməd Əhmədov (+80 kq) 3-cü yer tutublar.

 

Turnirin qaliblərinə diplom və kubok təqdim edilib. Azərbaycan təmsilçisi Eldar Babayev turnirin ən texnikalı boksçusu adına layiq görülüb.

Tarix: 15 May 00:40    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.