Müşviq Qənbərovun "Neftçi"si "Xəzər Lənkəran"ı məğlub etdi

Mayın 14-də «Bakcell U-17 Liqası»nda 32-ci turun oyunları keçirildi.

 

«Ağsu»nun qonağı olan «Səbail» rəqibini 7 cavabsız qolla darmadağın edərək birinciliyin başa çatmasına 1 tur qalmış gümüş medalları qazandı.

 

Komandanın hücumçusu Xəlil Bəşirov «poker» edərək çempionatın ən sərrast 2-ci futbolçusu oldu. Sonuncu turda Füzuli Məmmədovun komandası məğlub olsa, «Neftçi» isə qalib gəlsə belə, bu komandaların xalları bərabər olacaq.

 

Amma şəxsi görüşlərdə (1:3, 2:2, 3:0) top fərqində üstünlük «Səbail»in tərəfində olduğundan «Zirə» ilə qarşılaşma «Səbail» üçün formal xarakter daşıyacaq.


«Gümüş»ə ümid edən digər 2 komanda – «Neftçi» və «Keşlə» də bu tur qalib gəldi. Müşviq Qənbərovun komandası «Xəzər Lənkəran»ı böyük hesabla məğlub etdi. «Keşlə» isə səfərdə «Zirə»ni 1 top fərqilə yendi.

 

Daha bir darmadağın Sumqayıtda qeydə alındı. Çempionatın autsayderi «Mil-Muğan»ı qəbul edən «Sumqayıt» rəqibi 7 dəfə cəzalandırdı. Özü də bu qolların 5-i İbrahim Novruzovun payına düşdü. Bununla İbrahim bombardirlər yarışında liderliyə yüksəldi.

 

«Zirə» - «Keşlə» 1:2
Qollar
: Kənan Əsədli, 31; Ceyhun Nuriyev, 37 – Ramin Əhmədov, 42 (pen.)

 

«Neftçi» - «Xəzər Lənkəran» 5:1
Qollar:
Vüsal Əsgərov, 4 (pen.), 54, 58; Nicat Musayev, 60; Orxan Fərəcov, 83 – Sadiq Ağazadə, 16 (avtoqol)

 

«Sumqayıt» - «Mil Muğan» 7:0
Qollar:
İbrahim Novruzov, 11, 16, 52, 61, 63; Əli Əfəndiyev, 72; Cavidan Abaszadə, 84

 

«Qəbələ» - «Kəpəz» 3:1
Qollar:
Təbriz İsazadə, 6 (pen.); Fərid İsgəndərov, 61; İbrahim Camalov, 77 – Ayxan Quluzadə, 79

 

«Ağsu» - «Səbail» 0:7
Qollar:
Rəvan Mədədzadə, 6; Bayraməli Qurbanov, 35; Xəyal Bədirov, 50; Xəlil Bəşirov, 72, 76, 79, 88

 

«Qarabağ» - «Neftçi» İK İB 3:2
Qollar:
Kənan Qasımov, 17, 79; Əli Nəcəfli, 34 – Nəzər Bədəlov, 64, 89

 

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 30, Xəlil Bəşirov («Səbail») – 29 qol, Xəyal Bədirov («Səbail») - 27 qol, Nicat Musayev («Neftçi») – 26. 

 

U-17 Liqasında sonuncu – 33-cü turun oyunları mayın 21-də keçiriləcək: «Kəpəz» - «Neftçi», «Xəzər Lənkəran» - «Ağsu», «Səbail» - «Zirə», «Keşlə» - «Qarabağ», «Neftçi» İK İB – «Sumqayıt», «Mil Muğan» - «Qəbələ». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 15 May 00:20    Oxunub: 501    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.