1,2 milyon avro - Almeydanın "Qarabağ"dan getməsinin sirri!

«Qarabağ»la Riçard Almeydanın yollarının ayrılacağı artıq dəqiqdi.

 

Sportinfo.az bunu bir neçə həftə öncə üzə çıxarmışdı, mayın 11-də isə Qurban Qurbanovdan təsdiq cavabı gəldi.

 

Ağdam təmsilçisinin baş məşqçisi 6 ildi komandanın şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçisinin müqaviləsini uzatmaq istəmədiyini bildirib.

 

O, «sambaçı»nın daha sərfəli təkliflər almasını xatırladaraq, vidaya səbəb kimi məhz bunu göstərib. Cənubi amerikalı orta sahə oyunçusu Türkiyə, İtaliya, Çin və ərəb ölkələrindən bir neçə dəvət alıb.

 

«Qarabağ»da 500 min avro qazanan Almeydanın yeni klubundan alacağı məbləğ göz qamaşdırır. Nə az, nə çox – 1,2 milyon avro!

 

Tarix: 14 May 20:36    Oxunub: 1105    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.