Millimizin hücumçusu nə bura gəlir, nə Kiprə gedir, nə də.,.

Bu ilin martında "Ayntraxt”ın U-19 komandasından intizamsızlığa görə uzaqlaşdırılan Renat Dvadaşova 3-cü Bundesliqada mübarizə aparan 2 klubdan dəvət gəlib.

 

Aldığı təkliflərə "hə” deməyə tələsməyən forvard iyun ayını gözləyir.


Millimizdə debüt şansı qazanmış Dadaşov karyerasını Kiprdə də davam etdirə bilər. 19 yaşlı forvard “Anortosis”in maraq dairəsinə düşüb.


Yığmamızın digər üzvü Araz Abdullayevin şərəfini qoruduğu Kipr təmsilçisi özünə yeni komanda axtaran gənc hücumçunu icarəyə götürmək niyyətindədi.


“Anortosis” Dadaşova 1 illik müqavilə təklif edir. Əgər Renat bu təklifi müsbət dəyərləndirsə, ilk dəfə Almaniyadan kənarda çıxış etmək imkanı qazanacaq.
 
Əvvəllər Almaniyanın U-16 və U-17 yığmalarında oynayan hücumçu 2017-ci ildən Azərbaycan millisinə cəlb olunur. O, ölkəmizin əsas komandasında 1 oyun keçirib. Onda da Bakıda San Marinoya qarşı.


Sportinfo.az-ın məlumatına görə, Renat onunla əlaqə saxlayan AFFA rəsmilərinə karyerasını Azərbaycanda davam etdirməyəcəyini deyib.

 

Dadaşov Avstriya, Çexiya və Türkiyədən də təkliflərinin olduğunu, bununla belə, Almaniyadan ayrılmağa hazırlaşmadığını bildirib.

 

Tarix: 14 May 19:36    Oxunub: 767    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.