"Şahdağ"la bağlı böyük vədlər və tapşırıqlar - YENİLİK

Bugünlərdə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev, "Şahdağ"ın baş sponsoru -"AZENCO" ASC-nin prezidenti Vüqar Şahmuradov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Şövkət Orduxanov adına Qusar şəhər mərkəzi stadionunda olub.

 

Stadion ərazisini gəzərək söküntü işləri ilə yaxından tanış olan qonaqlar və klubun İdarə Heyəti daha sonra görüləcək yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparıb, "Şahdağ"la bağlı böyük vədlər və tapşırıqlar verilib.


Sportinfo.az-ın məlumatına görə, şimal təmsilçisi stadionun təbii ot örtüyünün süni ilə əvəzlənməsini planlaşdırır və artıq bundan AFFA da xəbərdar olunub.


Qusarın təbiəti elədi ki, tez-tez güclü yağışlar yağır. Qar bura hər dəfə normadan artıq düşür. Mövsümün ikinci yarısı payız-qış aylarına təsadüf etdiyindən, təbii ot örtüyünün saxlanılması çətindi. Driniaj sistemi olmadığından, qazon ilin 3 fəslində yararsız hala düşür. 


"Şahdağ"lılar federasiyanın mütəxəssislərini Qusara dəvət edib. Onların fikri öyrənildikdən sonra meydança ilə bağlı qərar veriləcək. 

 

Tarix: 14 May 18:48    Oxunub: 742    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.