AFFA-dakı qruplaşmalar - Dinyev Abdullayev üçün düşmən şəxsdi

“Kəpəz”in pulunu AFFA ayırırdı.

 

Klub da Elxan Məmmədovun nəzarətində idi.

 

Rövnəq Abdullayevin qrupu o pulu basmarlayıb yeyirdi. Yəqin etiraf edərsiniz ki, Mikayıl Nərimanoğlu Elxan Məmmədovun kadrı deyil. Rövnəq Abdullayevin əvvəlki iş yerindən gəlib AFFA-ya. Beləcə, Elxan Məmmədovun kadrı sayılan Şahin Diniyevi “Kəpəz”dən uzaqlaşdırdılar.

 

Onu da deyim ki, Şahin Dinyev Rövnəq Abdullayev üçün düşmən şəxsdir. Nöşün ki, rəhmətlik Ramiz Mirzəyevin vaxtında Rövnəq Abdullayev Diniyevə deyirdi ki, yığma komanda biabırçı hesablarla uduzmalıdır.

 

Uduzmalıdı ki, Mirzəyev qovulsun, Abdullayev gəlsin. Zavodun fəhlələrini stadiona gətirdib “istefa” qışqırdırdılar, “Neftçi”nin futbolçularını yığmaya buraxmırdılar. Buraxdıqları da, elə meydanda “buraxırdılar”.

 

Diniyev satqınlıq etmədiyi üçün Rövnəq Abdullayev onu 8 il işsiz qoydu. Yalnız Elxan Məmmədov sayəsində bu mütəxəssis iş tapa bilmişdi.

 

Yenə də Abdullayevin dəstəsi onun torbasını tikib öz adamlarını – Yunis Hüseynovu gətirdilər “Kəpəz”ə. Bu Hüseynovun vasitəsilə “Xəzər Lənkəran”ın da fatihəsini oxumuşdular vaxtı ilə. 


İşi belə görən Elxan Məmmədov “Kəpəz”i buraxıb “Sabah”dan yapışıb. Vəssalam. AFFA-da bir qruplaşma o biri qruplaşmaya qalib gəlib.

 

Burda nə var ki...

 

Mənə maraqlı gələn odur ki, indi hamı Elxan Məmmədovun qrupunu “dağıdıcı” kimi təqdim edir. “Qurucu” kimdir? Rövnəq Abdullayevin qrupu? Lotusunuz, mən ölüm...

 

Natiq Muxtarl;

Tarix: 14 May 18:12    Oxunub: 676    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.