Həm milliyə, həm "Qarabağ"a gətirmək üçün – Danışıqlara davam!

Rusiyanın gənclərdən ibarət yığmasının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Rostov”dan ayrılıb.
 
21 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Moskva “Spartak”ına geri dönüb.

 

O, mövsümün ilk yarısını icarə əsasında “Anji”də, qaış fasiləsindən sonra isə "Rostov"da keçirib.
 
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Ayaz Quliyevi diqqətində saxladığını açıqlamışdı.

 

Sportinfo.az-da olan məlumata görə, tərəflər arasında danışıqlar son vaxtlar yenidən intensivləşib.

 

Qurbanovun Quliyevi icarə əsasında «Qarabağ»a gətirmək istədiyi bildirilir. Bunun üçün «Spartak»la ilkin görüşmələr də olub.


Sadəcə, Quliyevin başqa variantları da var. Yalnız Rusiyadan deyil, bir neçə xarici ölkədən.

 

Tarix: 14 May 18:00    Oxunub: 816    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.