Bu qızlar Azərbaycan himnini Portuqaliyada səsləndirdi

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki "Challenge" seriyalı Dünya Kubokunda 3 medal qazanıb.

 

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət "5-lik" ilk olaraq, çoxnövçülükdə fərqlənib.

 

Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib.

 

Həlledici mərhələdə "5-liy"in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb. Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər.

Tarix: 14 May 15:24    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.