Prezidentin qızları məşhurlarla marafonda - FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” keçirilib.

 

Sportinfo.az xəbər verir ki, 18 minə marafonçunun qatıldığı yarışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin siyasətçilər, mədəniyyət və incəsənət nümayəndələri də iştirak ediblər.

 

Onların arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və tanınmış müğənnilər yer alıb.

 

Kişilərdə finişə ilk çatan ukraynalı İqor Oletirenko olub. İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu tutub.

 

Qadınlar kateqoriyası üzrə isə türkiyəli Çelik Fadime finişə hamıdan birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavtikadır. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova tamamlayıb.

 














Tarix: 14 May 00:30    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.