Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu oldu

 Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

 

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib.

 

Onun aktivində dünya və olimpiya çempionluğu da var. Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Tarix: 14 May 00:00    Oxunub: 368    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.