Millimizin üzvünün komandası 29 il sonra aşağı liqaya düşdü

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Dənizin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. “Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

 

Bu tur həm də sözügedən klubun elitanı tərk etməsinin rəsmiləşməsi ilə əlamətdar olub. “Gənclərbirliyi” 29 il sonra Super Liqa ilə vidalaşıb.

Tarix: 13 May 20:01    Oxunub: 363    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.