Sadıqov Avropa kubokunda "Qəbələ" finalını qazandı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilir.

 

Sportinfo.az xəbər verir ki, yarış Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb.

 

Kişilərin 60 kq çəki dərəcəsində finalda "qırmızı-qaralar"ın iki üzvü qarşılaşıb. Mehman Sadıqov həlledici görüşədək rusiyalılar Şaxzod Amonov, Obid Dzebov, fransalı Yolan Florimont və daha bir meydan sahibi İvan Dolqixə qalib gəlib.

 

Kəramət Hüseynov finaladək rusiyalılar Danila Kurtaşov, Sergey Abian, Dmitri Kulikov və Baxriddin Muminovla qarşılaşıb. Avropa kubokundakı “Qəbələ” finalında isə Sadıqov ipponla qalib gələrək qızıl medala yiyələnib. 

Tarix: 13 May 14:59    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.