Son turun oyun cədvəli

Futzal üzrə Yüksək Liqada son turun oyun cədvəli açılanıb.

 

Sportinfo.az xəbər verir ki, 28-ci turun oyunları mayın 15-də, Bakı İdman Sarayında keçiriləcək.

 

Əvvəlcə meydana EKOL və “Yasamal” İK komandaları çıxacaq. Turun mərkəzi oyunu isə "CBC Sport" kanalında canlı yayımlanacaq.

 

“Xəmsə” “Araz”la oyuna gəlməyəcək və çempion 3 xalı oynamadan qazanacaq. Turun son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.

 

EKOL - “Yasamal” İK
Bakı İdman Sarayı. Saat 13:00

 

“Neftçi” İK – “Marafon Futsal” (CBC Sport, canlı)
Bakı İdman Sarayı. Saat 15:30

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 23 20 2 1 143-34 62
2 Marafon Futsal 23 15 2 6 101-51 47
3 EKOL 23 14 2 7 100-63 44
4 İtaldizain Futsal 24 9 6 9 105-79 33
5 Neftçi İK 23 8 5 10 67-65 29
6 Yasamal 23 5 1 17 67-147 16
7 Xəmsə 23 0 2 21 49-193 2

 

Bombardir: Tiaqo Telez Bolinya (Araz) - 34 qol 

Tarix: 13 May 13:25    Oxunub: 326    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.