Ukrayna yığmasının üzvü Bakıda hamıya meydan oxudu

"Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib.


Sportinfo.az xəbər verir ki, qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.


O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.

Kişilərin yarısında isə birinci yeri ukraynalı İqor Olifirenko tutub. O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib.

 

İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub.


İqor Olifirenko peşəkar idmançıdı. Atletika üzrə Ukrayna yığmasının heyətində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib və 13-cü yeri yeri tutub.

 

Tarix: 13 May 12:46    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.