Misir ağırlıqqaldıranları AAAF-da 3 həftəlik hazırlıq keçdi

Misirin ağırlıqqaldırma yığmasının Azərbaycanda təlim-məşq toplanışı baş tutub.

 

Sportinfo.az xəbər verir ki, 3-həftəlik hazırlığı AAAF park yaşayış kompleksində keçirən qonaqlar artıq vətənlərinə dönüblər.

 

30-ya yaxın idmançı, məşqçi və mütəxəssis heyəti ilə gələn qonaq komandanın məşq prosesi olduqca uğurlu olub. Onlara AAAF tərəfindən də bütün dəstək göstərilib. Belə ki, yığma üzvləri üçün AAAF Parkda rahat qidalanma, qalma, məşq, gəzinti və digər bu kimi geniş imkanlar yaradılıb.

 

Misir Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Məhcub da məşqlərin birində AAAF TV-yə müsahibə verərək təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini, onlar üçün hər bir şəraitin yaradıldığını qeyd edib:

 

“Biz ötən il İslam Həmrəyliyi Oyunları zamanı da Bakıda olmuşduq. Budəfəki toplanışımız isə 3 həftə davam etdi və təxminən 30-a yaxın heyətlə məşqlərimizi etdik. Burada hər şey çox yaxşıdır – təşkilatçılıq, qidalanma, qalma, məşq üçün məkanlar və s.

 

İnsanlar da çox qonaqpərvərdir. Toplanış zamanı heç bir çətinliyimiz olmadı, hər şey yüksək səviyyədə təşkil edildi. Toplanış zamanı xeyli gəzmək imkanımız da oldu, həm də yaxşı vaxt keçirdik və istirahət də etdik”.

 

Azərbaycan və Misir Ağır Atletika Federasiyaları arasında aparılan müzakirələrdən sonra qərara alınıb ki, gələcəkdə hər 2 ölkənin yığma komandalarının həm Misirdə, həm də digər xarici ölkələrin birində birgə təlim-məşq toplanışı keçirilsin.

 

Məlumat üçün bildirək ki, Bu millidən öncə, Səudiyyə Ərəbistanı komandası da 3-həftəlik hazırlığı məhz AAAF Parkda keçib. Misir kollektivindən sonra daha bir neçə ərəb regionu ölkələri və digər yığma komandalar da Azərbaycana gələrək toplanış keçməyi planlaşdırır.

Tarix: 13 May 08:52    Oxunub: 303    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.