Millimizin hücumçusu oynamadı, komandası elitanı tərk etdi

Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

 

Dəniz bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 30 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Bu tur həm də sözügedən klubun elitanı tərk etməsinin rəsmiləşməsi ilə əlamətdar olub.

Tarix: 13 May 00:50    Oxunub: 303    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.