Azərbaycan cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışına start verilib.

 

Azərbaycan Cüdo Federasiyasından Sportinfo.az-a verilən xəbərə görə, beynəlxalq turnurin ilk günü milli komandamızın cüdoçuları üçün uğurlu olub.

 

60 kq çəki dərəsində Azərbaycan finalı baş tutub. Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər.

 

Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıb. Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparır.

Tarix: 13 May 00:00    Oxunub: 270    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.