Gənclər və İdman Nazirliyində maliyyə pozuntuları aşkarlanıb

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları aşkarlanıb. 

 

Apa-nın məlumatına görə, bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.

 

Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.

Tarix: 12 May 18:48    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.