Prezidentin qızı məşhurlarla bir arada - VİDEO+FOTOLAR

“Həyat Fondu”nun yaranmasından bir il ötür. 

 

Sportinfo.az xəbər verir ki, bu münasibətlə “Buta Palace”də təntənəli tədbir təşkil olunub.

 

Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb. "Yardım et, həyat ver” devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub. 

 

Məclis Azərbaycan dövlət himni ilə başlayıb, “Həyat Fondu”nun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.

 

Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus “Ürək yaddaşı” mahnısını səsləndiriblər.

 

Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.

 

Həmçinin, “Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynov xeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.

 












 

Tarix: 12 May 11:00    Oxunub: 713    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.