Bu oyun "Neftçi"yə o qədər lazım olmasa da...

Bu gün “Boulevard U-15 Liqası"nda 29-cu turun 6 oyunu keçiriləcək.

 

Bir qarşılaşma isə sabaha təyin olunub.

 

Həftənin ən maraqlı və prinsipial oyunu Aviasiya Akademiyasının stadionunda baş tutacaq. Burada üçüncülük uğrunda mübarizə aparan «Zirə» ilə «Keşlə» qarşılaşacaqlar. Hər iki komanda meydana 3 xal üçün çıxacaq.

 

«Zirə» qalib gələcəyi təqdirdə «Keşlə»ni 1 xal qabaqlayacaq və «Vətən»lə təxirə salınmış, İOEUGİM-lə isə son turdakı oyunlarda 1 qələbə komanda üçün yetərli olacaq.

 

«Keşlə» 3 xalı götürəcəyi halda əsas rəqibindən 5 xal aralanacaq. Bu isə o deməkdir ki, sonuncu turda İsgəndər Cavadov BFA ilə matçda alınacaq heç-heçə «bürünc»ə kifayət edəcək. Heç-heçə təqdirində hər şey sonuncu tura qalacaq.

 

Komandaların hər ikisi oyuna itki ilə çıxacaq. Meydan sahiblərindən Mirzəbəy Şaxbazovla Elçin Bayramov cəza səbəbindən, «Keşlə»dən isə Zakir Sadəddinov zədə üzündən sabah oynaya bilməyəcəklər. Ən böyük itki qonaqlardadır.

 

Belə ki, komandanın baş məşqçisi Xəyal Mustafayev «İdman Azərbaycan»ın tərkibində Moskvada keçirilən turnirdə iştirak etdiyi üçün komandasının yanında olmayacaq. Onu akademiyanın digər məşqçisi Azər Cabbarov əvəzləyəcək.

 

Daha bir maraqlı oyun «Vətən»lə «Neftçi» arasında olacaq. Bu oyun «Neftçi» üçün o qədər lazım olmasa da, «Vətən» üçün çox əhəmiyyətlidir. Xal itkisi «məktəblilər»i çempionluqdan edə bilər.

 

Eyni sözləri «Qəbələ» haqqında da demək olar. «Səbail»in qonağı olacaq əyalət təmsilçisinin büdrəməsi onlara baha başa gələ bilər…

 

29-cu tur

12 may (şənbə)

12:00 «Zirə» - «Keşlə»

(Aviasiya Akademiyasının stadionu)

12:00 «Turan» - «Neftçi» İK İB

(Tovuz şəhər stadionu)

13:00 «Vətən» - «Neftçi»

(«Neftçi Baza»)

13:00 «Səbail» - «Qəbələ»

(«Bayıl Arena»)

14:00 «Sumqayıt» - «Kəpəz»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

15:00 «Viləş» - «Qarabağ»

(Masallı şəhəri, A.Banişevski adına stadion)

 

13 may (bazar)

15:00 «Zaqatala» - İOEUGİM

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Mirzəbəy Şaxbazov, Elçin Bayramov (hər ikisi «Zirə»), Sərvin İsmayılov («Sumqayıt»), Elnur Əliyev, Fidayə Əzizov (hər ikisi «Qarabağ»), Nahid Abbasov («Səbail»), Ülvi Mədətov («Qəbələ»), Fərda Qurbanov («Zaqatala»), Dünyamalı Sevdimalıyev (İOEUGİM).

 

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 30 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 12 May 00:20    Oxunub: 532    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.