“Qəbələ” uduzdu, “Sumqayıt "Səbail” çempion etdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində bu gün 27-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

 

Bu tura qədər çempionatın şərikli liderlərindən olan “Qəbələ” səfərdə “Sumqayıt”a uduzub. Bundan maksimum yararlanan “Səbail” “Neftçi” üzərində qələbə ilə vahid liderə çevrilib.

 

Bununla da əvəzedicilərin çempionatında qalib və gümüş medalçı müəyyənləşib. Belə ki, “Səbail” sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib.

 

Elman Sultanovun başçılıq etdiyi komanda artıq rəqibləri üçün əlçatmaza çevrilib. Çempionluq şansını itirən “Qəbələ” isə gümüş medallarla kifayətlənib. Bürünc medalların sahibi son turda məlum olacaq.

 

“Neftçi” - “Səbail” 0:1
Qol: Emil Həsənzadə, 19.

 

“Zirə” - “Kəpəz” 2:2
Qollar: Elçin Əliyev, 27. Əziz İsmayılov, 73 - Ruslan Süleymanov, 53. Əli Səmədov, 83.

 

“Keşlə” - “Qarabağ” 3:1
Qollar: Emin Quliyev, 20; 64. Asif Əliyev, 85 - Ruslan Hacıyev, 90+3.

 

“Sumqayıt” - “Qəbələ” 2:0
Qollar: Qurban Hüseynov, 78. Elvin Nəsibov, 84-pen.

 

1 Səbail 27 16 4 7 45-31 52
2 Qəbələ 27 15 4 8 63-28 49
3 Zirə 27 11 7 9 34-35 40
4 Qarabağ 27 11 5 11 38-41 38
5 Keşlə 27 8 13 6 36-33 37
6 Sumqayıt 27 10 6 11 34-44 36
7 Neftçi 27 7 6 14 20-35 27
8 Kəpəz 27 2 11 14 14-36 17


Ülvi İsgəndərov - 16 qol ("Sumqayıt")

 
Tarix: 11 May 20:36    Oxunub: 647    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.