Yağış "Zaqatala"nın işini ertələdi, "Xəzər" boş yerə "qızıl" aldı

I Divizionda 2017/2018-ci illər mövsümünün son turuna start verilib

 

Sportinfo.az xəbər verir ki, “Zaqatala”- “Turan Tovuz” oyunu 30-cu dəqiqədən etibarən dayandırılıb. 

 

Buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olub. Qarşılaşma sabah saat 12:00-dan etibarən qaldığı yerdən davam etdiriləcək. 

 

Son turda 3-cü yerin sahibi müəyyənləşib. "Şüvəlan" "Xəzər"i 2:0 hesabı ilə məğlub etməklə cari mövsümü 3-cü pillədə başa vurub. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.  

 

Öncə Şüvəlan komandasının üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib.

 

Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər" komandasına qızıl medallar və kubok təqdim olunub. 

 

Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.

 

 

"Qaradağ Lökbatan" - "Ağsu" 0:1

QOL: Bəhlul Əliyev, 14

 

"Sabah" - "Mil-Muğan" 4:1

QOLLAR: Raul Yaqubzadə, 28, 47, Məhəmməd Alıyev, 40, Bayram Nuruzadə, 64 - Afin Bağırov, 87 

 

“Binə” – MOİK 2:3

QOLLAR: Seymur Abdullayev, 16, əliağa Xudiyev, 86 - Bəhruz Teymurov, 21, Kamil Hüseynov, 35 (avtoqol), Mirkamil Əliyev, 75

QIRMIZI VƏRƏQƏ: Renat Aşurov, 37

 

“Şüvəlan” – “Xəzər” 2:0

QOLLAR: Murad Musayev, 17, Mübarək Şahquliyev, 21

1 Xəzər 27 15 5 7 40-18 50
2 Qaradağ Lökbatan 27 13 7 7 44-31 46
3 Şüvəlan 27 13 6 8 30-20 45
4 MOİK 27 13 5 9 40-32 44
5 Sabah 27 11 7 9 41-33 40
6 Turan Tovuz 26 11 5 10 34-33 38
7 Binə 27 10 5 12 33-36 35
8 Mil-Muğan 27 8 6 13 32-49 30
9 Ağsu 27 8 4 15 25-48 28
10 Zaqatala 26 4 6 16 23-42 18

Bəhruz Teymurov (MOİK) - 15 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 12 qol

Tural Qürbətov ("Xəzər") - 11 qol
Elnur Səmədov ("Şüvəlan") - 9 qol
Samir Babayev ("Mil-Muğan") - 8 qol

Tarix: 11 May 20:24    Oxunub: 673    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.