Azərbaycan çempionatının gümüş mükafatçısı müəyyənləşdi

Bu gün Yüksək Liqada 22-ci turdan təxirə salınmış oyun keçirilib. 

 

Sportinfo.az xəbər verir ki, "Olimpik Star"da baş tutan matçın fasiləsinə komandalar 3:3 hesablı heç-heçə ilə yollanıb.

 

İkinci hissəyə qolla başlayan “Marafon Futsal” Elyasla hesabı lehinə dəyişdirib. Ancaq rəqib ardıcıl 2 qol vurmaqla üstünlük qazanıb.

 

Lakin üstünlüyünü sona qədər qoruya bilməyən nominal qonaqlar mövsümü heç-heçə ilə başa vurub. Qazanılan 1 xal sayəsində “Marafon Futsal” gümüş medalları təmin edib.

 

Marafon Futsal - FK.İtaldizain .Futsal (3:3) 5:5

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Hikmət Qafarlı
Hakim-inspektor: Şahin Cəfərov
Qol: S. Goodarzi, 3:38, İ. Hacıyev, 7:07, 36:51, T. Əliyev, 9:25, E. Barati, 22:44 - A. Əzimov, 5:42, 29:20, R. İbrahimzadə, 6:49, H. Khodaei, 15:57, E. Quliyev, 27:16 (pen.)
Sarı vərəqə: R. Bağırzadə, 27:14

Marafon Futsal: 12. Kesra Mehdipour (q), 7. İlkin Hacıyev(k), 9. Omid Talebi, 11. Hamed Khodaei, 20. Elyas Barati, 2. Kamran Hacıyev (q), 77. Saeid Goodarzi, 22. Tofik Əliyev. Rüstəm Bağırzadə 
Baş məşqçi: Elşad Quliyev

FK. İtaldizain Futsal: 12. Ramil Həsənzadə (q, k), 4. Elvin Quliyev, 5. Asif Zeynalov, 13. Ağatahir Əzimov, 9. Elşən İbrahimxəlilov, 1. Ümid Paşayev (q), 3. Ruzigar İbrahimzadə, 6. Anar Ağayev
Baş məşqçi: Rafail Adbulov

 

№ Komanda O Q H/H M T/F X
1 Araz 23 20 2 1 143-34 62
2 Marafon Futsal 23 15 2 6 101-51 47
3 EKOL 23 14 2 7 100-63 44
4 İtaldizain Futsal 24 9 6 9 105-79 33
5 Neftçi İK 23 8 5 10 67-65 29
6 Yasamal 23 5 1 17 67-147 16
7 Xəmsə 23 0 2 21 49-193 2

 

Bombardir: Tiaqo Teles Bolinya (Araz) - 34 qol 

Tarix: 11 May 19:12    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.