"Belə məlumatların heç bir əsası yoxdu və bu, mümkün deyil"

"ABŞ-ın Mayami şəhərinin "Formula-1" təqvimində Azərbaycan Qran-prisini əvəzləyəcəyinə dair məlumatların heç bir əsası yoxdu və bu variant mümkün deyil".

 

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

O bildirib ki, BŞH-nin "Formula-1" rəhbərliyi ilə 2020-ci ilədək müqaviləsi var. Hazırda bu sözləşmənin daha 5 il müddətinə uzadılması istiqamətində danışıqlar gedir:

 

"Mövcud müqaviləni nə biz pozmaq istəyirik, nə də "Formula-1"in yeni sahibi "Lyberty Media". Əksinə, bu qurumun icraçı direktoru Çeyz Keri fevralda Bakıya gələrək, "Formula-1"lə anlaşmamızı davam etdirmək istiqamətində müzakirələr aparmışdı".

 

Azərbaycan Qran-prisinin gələn il "Formula-1" təqvimindən çıxarılacağına dair narahatlığa ehtiyac olmadığını vurğulayan BŞH rəsmisi bunun növbəti mövsümün təqvimdə əksini tapacağını əlavə edib:

 

"Mayamidəki Qran-pri də şəhər tipli trasda keçiriləcək. Ola bilsin, bu səbəbdən, Mayaminin gələn il Bakını əvəzləyəcəyinə dair iddialar ortaya atılıb. Lakin hazırda Danimarka da Kopenhagen küçələrində Qran Pri keçirməkdə maraqlıdı və hətta bu məqsədlə Bakının təcrübəsini öyrənməyə gəlmişdilər.

 

Bu baxımdan, Qran-pri keçirmək istəyən hər bir şəhərin "Formula-1" rəhbərliyi ilə müqaviləsi olmalıdır. O cümlədən, bizim də qüvvədə olan anlaşmamız mövcuddur".

 

Mayami şəhər rəhbərliyi 2019-cu ildən "Formula-1" üzrə Qran-prinin təşkilinə razılıq verib. Lakin Beynəlxalq Avtomobil İdmanı Federasiyası ilə müzakirələrdən sonra yarışın keçirilməsi gerçəkləşə bilər. 

Tarix: 11 May 11:00    Oxunub: 539    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.