"Avropa çempionatında medalsız qalmadığıma sevinirəm"

 "İlk rəqibim olan bolqarıstanlı idmançısına qalib gəldim.

 

Növbəti döyüşü isə yerli taekvondoçu Svetlana İqumenovaya qarşı keçirdim.

 

Düzü, rəqibim güclü və həm də yerli olduğundan, döyüşün ağır keçəcəyini gözləyirdim. Amma onu məğlub etmək heç də çətin olmadı. Bununla belə, xorvatiyalı rəqibimə məğlub oldum". 

 

Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan taekvondoçusu Patimat Abakarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

 

49 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı medalsız qalmamasına sevindiyini bildirib: "Qızıl medal qazanacağıma inanırdım.

 

Yenə də medalsız qalmadığıma görə sevinirəm. Məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Yarış hələ davam edir və komanda yoldaşlarıma uğurlar arzulayıram".

Tarix: 11 May 10:12    Oxunub: 345    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.